26 fevral 2020-ci il taixində Şuşa rayon MKS-in Xəlifəli kənd kitabxana filialında Xocalı soyqırımının 28 –ci il dönümü ilə əlaqədar “Xocalıya ədalət” başlığı altında kompozisiya keçirildi.
Tədbir 23 saylı Ağdam tam orta məktəbi ilə birgə təşkil olunmuşdur. Tədbirdə şəhid ailələri , kənd sakinləri və şagirdlər iştirak edirdilər. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.Tədbiri giriş sözü ilə Xəlifəli kənd kitabxana filialının müdiri Vəfa Hüseynova açaraq xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım, təcavüzkarlıq siyasəti, SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğının acı nəticələri, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Tədbirdə direktorun müavini Mustafayev Eldar , kitabxanaçı Əli Əliyev çıxış etdi. Daha sonra şagirdlərin ifasında Xocalıya aid səhnəçiklər və şeirlər dinlənildi. Sonda “Xocalı harayı” adlı sərgiyə baxış keçirildi.