Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
8 Noyabr , 2019

  Şuşa  MKS-nin Malıbəyli  kənd kitabxana   filialı  9  Noyabr Dövlət  Bayrağı Günü  münasibəti  ilə  “Bir  kərə  yüksələn  bayraq   bir  daha  enməz” adlı  tədbir  keçirdi.Tədbir  4 saylı  Xankəndi  orta  məktəbinin  fəal  oxucuları  və  şagirdləri  ilə  birgə  keçirildi.İlk  öncə  Azərbaycan  Respublikasının  Dövlət  Himni səsləndirildi .Kitabxananın  müdiri  Mehparə  Quliyeva  tədbiri  giriş  sözü  ilə  açaraq Dövlət  bayrağımızın  ölkəmizin  varlığını ,gücünü  bütün  dünyaya  təsdiqləyən müqəddəs  rəmzlərimizdən  biri  olması haqqında  ətraflı  məlumat  verdi. Şagirdlərin  və  fəal  oxucuların  ifasında  şeir , musiqi   kompozisiyası  səsləndirildi.

Foto Qalereya