Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
1 İyun , 2019
   

      Şuşa  rayon  MKS-nin Xəlifəli kənd kitabxana filialında 1 iyun Uşaqların Beynəlxalq  Müdafiəsi  Günü  münasibəti  ilə “ Uşaqlar bizim sabahımızdır” başlığı altında rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə az yaşlı oxucular iştirak edirdilər.

     Tədbirdə filialın müdiri V.Hüseynova  azyaşlı oxuculara beynəlxalq müdafiə günü və uşaq hüquqları haqqında ətraflı  məlumat verdi.  Müsabiqədə daha sonra  azyaşlı oxucuların çəkdikləri rəsmlərə baxıldı. Müsabiqənin qaliblərinə  mükafat  təqdim  edildi.

Foto Qalereya