Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
7 İyun , 2019

 Şuşa   rayon  MKS-nin   Oxuculara   xidmət  şöbəsində  Azərbaycan  ədəbiyyatının,  mədəniyyətinin , incəsənətinin  inkişafında  müstəsna  xidmətləri olmuş  görkəmli  dramaturq  Cəfər  Cabbarlının  anadan  olmasının  120  illiyi  münasibəti  ilə  “Cəfər Cabbarlı   və  azərbaycançılıq   ideyası”  adlı  dəyirmi  masa  keçirildi.

   Tədbiri   giriş  sözü  ilə  xidmət  şöbəsinin  müdiri  Elmira  Abdullayeva  açaraq  C.Cabbarlı   və  azərbaycançılıq  ideyaları  haqqında  geniş  məlumat  verdi. Ədəbiyyat   müəlliməsi  Solmaz  Ələkbərova  C. Cabbarlı   yaradıcılığından  danışdı. Sonra  oxucular  C. Cabbarlının   əsərləri   haqqında   fikirlərini   söylədilər.“C.Cabbarlı 120”  sərgisi  onların  marağına  səbəb oldu.