Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
1 İyun , 2019

     Şuşa  rayon  MKS-nin  Uşaq   şöbəsi  Buzovna  qəsəbəsi  234 saylı  tam  orta məktəbin  IV b sinif  şagirdləri ilə  birlikdə Uşaqların  Beynəlxalq  Müdafiəsi  günü   münasibəti   ilə   “Uşaqlar  bizim  gələcəyimizdir” başlığı altında  tədbir  keçirdi.

     Tədbiri giriş  sözü  ilə uşaq   kitabxanasının  müdiri  Əminə  Abdullayeva açaraq uşaqlara  məxsus  olan bu  özəl   gün  münasibəti  ilə onları  təbrik  edərək  bildirdi ki ,  hər bir şəraitdə uşaqların öz hüquqlarının müdafiəsini bilməsi cəmiyyətin həm fiziki həm də zehni cəhətdən sağlam olması üçün əsas şərtdir.Uşaqlar hansı hüquqlara malik olduqlarını bilmələri üçün, onlar gərək bu hüquqları dərk etməyi və onlardan istifadə etməyi öyrənsinlər. 

      Sonra   sinif  müəlliməsi Arzu  Fətəliyeva çıxışında     ümummilli lider Heydər Əliyevin hər zaman uşaqları  diqqətdə saxladığını, onların hüquqlarının  müdafiəsi istiqamətində mühüm  addımlar atdığını  diqqətə çatdırdı. Bildirdi  ki, Prezident İlham Əliyev tərəfindən uşaqların sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönəlmiş tədbirlər həyata keçirilir, bu istiqamətdə uğurlu islahatlar aparılır.

  Daha  sonra  uşaqlar  “Qaraca  qız” tamaşasını ,eyni  zamanda  nağıllardan bir  neçəsini  nümayiş  etdirdilər.

Foto Qalereya