Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
31 May , 2019

    Şuşa rayon  MKS-nin  Malıbəyli  kənd  kitabxana  filialı    4 saylı Xankəndi məktəbinin 4 b sinif  şagirdləri  və fəal  oxucuları və  şagirdləri  ilə  birlikdə 1 iyul  Uşaqların Beynəlxalq Müdafiəsi günü  münasibəti ilə  “Uşaqlar  bizim  sevincimiz, cəmiyyətin  gələcəyidir ”  adlı  ədəbi- bədii  gecə keçirdi.

     Tədbirdə  giriş sözü  ilə çıxış edən  Malıbəyli  kənd  kitabxana  filialının  müdiri  Mehparə  Quliyeva bidirdi  ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilir. Gələcəyimizin möhkəm və sağlam təməllər üzərində qurulması üçün uşaqlarımızın hüquqlarını qorumalı , onların təhsil və tərbiyəsinə, sağlamlığına diqqət yetirməliyik.

      Məktəbin  direktor  müavini  Aslanova  Şəhla  uşaqları  bayram  münasibəti  ilə  təbrik  etdi.

     Şagirdlərin  ifasında  “Uşaqlıq  illəri”  , “Azərbaycan”  mahnıları ,Ə.Vüqarın  ifasında  “Azərbaycan Əsgəri”  marşı , rəqslər  və  tamaşalar  təqdim  olundu.

 

Foto Qalereya