Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
30 May , 2019

    Şuşa  rayon  Mərkəzi  kitabxanasının oxuculara xidmət  şöbəsində  Uşaqların  Beynəlxalq  Müdafiəsi  günü münasibəti  ilə“Dünyanı uşaqlara  verək” başlığı  altında  musiqili ədəbi  kompozisiya  keçirildi. Tədbiri  açan  MKS-nin direktoru  Əməkdar  mədəniyyət  işçisi  G.Abbasova iştirakçıları salamlayıb, uşaqları bu əlamətdar gün münasibətilə təbrik etdi. O, Uşaq Hüquqları Konvensiyasının yaranma tarixi haqda söz açıdı və bu sənədin qəbul edildiyi 20 noyabr tarixinin hər il dünyada Ümumdünya Uşaqlar günü kimi qeyd olunduğunu bildirdi.Ölkə başçısı cənab İlham Əliyev tərəfindən uşaqların sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönəlmiş tədbirlərin həyata keçirildiyini vurğuladı.       

    Oxuculara xidmət  şöbəsinin müdiri Elmira  Abdullayeva “Uşaqlar  gələcəyimizdir” mövzusunda  çıxış  etdi və uşaqlara xoş arzularını bildirdi, öz hüquqlarını öyrənib, həmyaşıdlarına öyrətməyi və eləcə də vəzifələrini unutmamağı tövsiyə etdi. Sonra oxucuların iştirakı  ilə  musiqili ədəbi-bədii kompozisiya nümayiş olundu.

Foto Qalereya