Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
27 May , 2019

    Şuşa  rayon  MKS-nin  Uşaq   şöbəsi Buzovna  qəsəbəsi  234 saylı  tam  orta məktəbin  IV b sinif  şagirdləri ilə  birlikdə 28  may Respublika  günü  münasibəti  ilə “Yüksələn  bayrağımız” başlığı altında  tədbir  keçirdi.

     Tədbiri giriş  sözü  ilə  sinif  müəlliməsi Arzu  Fətəliyeva   açaraq bildirdi ki, 1918-ci ilin bu günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı.Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.         

    Sonra uşaq   kitabxanasının  müdiri  Əminə  Abdullayeva  çıxışında  yüz bir il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkənin həyatına böyük tarixi hadisə kimi daxil olduğunu , müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardığını  bildirdi.

    Tədbirdə şagirdlər  “Bayraq  rəqsi” , “Sülh quşu”  tamaşasını  nümayiş  etdirdilər.  Abdullayeva  Təhminə  , Mahmudova  Mədinə  , Həsənzadə  Səbinə  , Osmanova  Arzu ,Bağırov  Nurlan ,Bayramzadə  Hüseyn tədbirdə  çox  fəal  iştirak  etdilər.

 

 

Foto Qalereya