Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
26 May , 2019

   Şuşa rayon MKS-nin Quşçular kənd kitabxana filialında 28 may Respublika günü münasibətilə  tədbir  keçirildi.Tədbiri  giriş sözü ilə kitabxananın müdiri Suqayət Cəfərova açaraq  bidirdi ki, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu  yaratmış  Azərbaycan  Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik  əzmini  nümayiş etdirmişdir.

       Sonra  tədbirdə  “Cümhuriyyət  günü” mövzusunda  Quşçular kənd tam orta  məktəbinin müəllimələri  Zeynalova  Ədibə ,Əhmədova Turan , Musayeva  Pərvin  oxuculara  geniş  məlumat  verdilər. Tədbirin  sonunda fəal  oxucularından Əliyeva Zəkiyyə “Azərbaycan”, Fərəcova Duyğu “Azərbaycan ordusu”, Vəliyeva Aylin “Azərbaycan  bayraği” seirini  söylədilər və Quliyeva  Dəniz  “Qaval  rəqsi” ifa  etdi.

Foto Qalereya