Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
24 May , 2019

     Şuşa rayon MKS-nin  Oxuculara  xidmət  şöbəsi  Şuşa  Humanitar litseyi  ilə  birlikdə 28  may Respublika  günü  münasibəti  ilə “Yaşa –yaşa Azərbaycan” başlığı altında  ədəbi- bədii kompozisiya  keçirdi.Tədbiridə   giriş  sözü ilə çıxış  edən  xidmət  şöbəsinin müdiri  Elmira  Abdullayeva bildirdi ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilib .Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır.200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir.

      Oxucular  Azərbaycan , vətən  haqqında  şeir  parçaları söylədilər  və  musiqilər  dinlənildi. Tədbirin  sonunda “Azərbaycan  yurdum mənim” adlı sərgi  oxucuların  marağına səbəb oldu.

 

 

Foto Qalereya