Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
27 May , 2019

     Şuşa rayon  MKS-nin  Malıbəyli  kənd  kitabxana  filialı    4 saylı Xankəndi məktəbinin fəal  oxucuları və  şagirdləri  ilə  birlikdə 28  may Respublika Günü  münasibəti ilə  “Azərbaycan  odlar  yurdum”  adlı  ədəbi- bədii  gecə keçirdi.

  Tədbir  Azərbaycan  Dövlət himni  ilə  başlandı.Tədbirdə  giriş sözü  ilə çıxış edən  Malıbəyli  kənd  kitabxana  filialının  müdiri Mehparə  Quliyeva  28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirdi. 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun  demokratik  ənənələrə  sadiqliyinin,  azadlıq ruhunun, insanların və  millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğunu vurğuladı.

    Şagirdlərin  ifasında  əsgər  marşı ,C.Cabbarlının “Azərbaycan”  şeiri,”Torpaq  xalqımındır” adlı  səhnəcik  ,”Bayraq  rəqsi” , milli  rəqslər  təqdim  olundu.4 c sinif  müəlliməsi Abuzərova  Zülfiyyə  bayram  münasibəti  ilə  şagirdləri  təbrik  etdi.Tədbirin sonunda  sərgiyə  baxış keçirildi.

 

Foto Qalereya