Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Xəbərlər
12 Yanvar , 2019

     Prezident İlham Əliyev  İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin  tamam olması ilə  əlaqədar  olaraq yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi  fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.