Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
3 Dekabr , 2018

Azərbaycan Respublikasının  Prezdenti  cənab İlham  Əliyevin  17  may  2018-ci il  tarixində  imzaladığı  görkəmli  Azərbaycan  şairi  Mikayıl  Müşfiqin  anadan  olmasının 110 illiyinin keçirilməsi  haqqında   108 saylı  sərəncama  əsasən Şuşa  rayon Mərkəzi kitabxanasının oxuclara xidmət  şöbəsi  Malıbəyli kənd kitabxana filialı ilə birgə “Yenə o  bağ olaydı” adlı  ədəbi- bədii gecə  keçirdi.

     Gecəni giriş sözü ilə MKS-nin direktoru ,Əməkdar  Mədəniyyət  işçisi  Gülsarə Abbasova açdı. Sonra xidmət  şöbəsinin müdiri Abdullayeva  Elmira şairin həyat və yaradıcılığı haqqında , Malıbəyli kənd kitabxana filialının müdiri  Quliyeva  Mehparə   “  Vətənpərvər  şair” mövzusunda geniş  məlumat verdilər.

   Tədbirə  dəvət olunmuş  yazıçı –şairə ,Azərbaycan Yazıçılar  və Türkiyə Yazıçılar  Birliyinin üzvü ,Şirvan bölgəsinin koordinatoru  Mətanət  Ulu  Şirvanlı Müşfiq poeziyasının zənginliyindən söhbət  açdı. Kitabxananın fəal  oxucularından Könül  Məmmədova ,Ayişə  Məmmədova , Əlizadə  Səma, Lalə  İsmayılova  Mikayıl  Müşfiqin  şeirlərindən parçalar söylədilər.Ümumittifaq və respublika  festivallarının laureatı Gülnaz Tağıyeva    tədbir boyu  şairin sözlərinə yazılmış  musiqi  nömrələri  ilə  çıxış  etdi.

   Daha sonra Sumqayıt Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi  Zahid  Abbasov çıxış  edərək tədbir  iştirakçılarına öz  minnətdarlığını bildirdi.Tədbir “ Fəxri mədəniyyət işçisi”  İntiqam Abbasovun tarda  ifa etdiyi “Oxu tar” musiqisinin sədaları altında  yekunlaşdı.

 

Foto Qalereya