Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
7 Noyabr , 2018

Sumqayıt  Regional Mədəniyyət idarəsinin tabeliyində olan Şuşa   rayon   MKS-nin Malıbəyli  kənd  kitabxana  filialının  işçiləri  Malıbəyli  tam  orta məktəbinin  IV b sinif  şagirdləri  ilə  birgə  Dövlət  Bayrağı Günü münasibəti ilə “Əbədi  dalğalanan  bayrağım” adlı  ədəbi-bədii  gecə  keçirdi.

   Gecəni  giriş  sözü  ilə  kitabxananın müdiri  Mehparə  Quliyeva  açdı. O, Azərbaycan  bayrağının  yaranması  haqqında  qısa  məlumat  verdi.  Sinif  müəlliməsi   Naciyə  Kərimova   Azərbaycan  bayrağı  və  gerbi  haqqında  geniş   danışdıqdan   sonra  şagirdlər bayraq   haqqında  azərbaycan , rus,  ingilis  dillərində  məlumatlar  səsləndirdilər. Daha  sonra şagirdlərin  ifasında şeir, səhnəçiklər,  musiqi  nömrələri  təqdim olundu.

Foto Qalereya