Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
25 Oktyabr , 2018

25.X.2018- il tarixində Şuşa rayon MKS-nin Quşçular kənd  kitabxana  filialının işçiləri   "Uşaq   hüquqları  aylığı" çərçivəsində  “Mənim hüquqlarım məni qoruyur ”  başlığı  altında tədbir  keçirdi.

     Tədbiri  giriş sözü ilə kitabxananın müdiri  Cəfərova Suqayət açaraq ,uşaq hüquqları konvensiyasının yaranması tarixi, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verdi. Sonra kənd icra nümayəndəsi Sahib Musayev,kənd tam orta məktəbin müavini Namiq Zeynalov, kənd tam orta məktəbin tarix müəllimi Eyvazova Nigar çıxış etdilər.

  Daha sonra oxuculardan  Qulusoy Duyğu, Babazadə Gülay, Zeynalova Aytac,Quliyeva  Dəniz, Əmirova Səriyyə , Allahverdiyeva Şəhanə, Zeynalov Qaryağdının  ifasında şeirlər  səsləndi.

  Tədbir iştirakçıları sonda kitabxanada təşkil olunmuş  “Mənim hüquqlarım məni qoruyur” adlı sərgi ilə tanış oldular.

 

Foto Qalereya