Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
29 Oktyabr , 2018

29.X.2018- il tarixində Şuşa rayon MKS-nin Malıbəyli kənd  kitabxana  filialının işçiləri  Malıbəyli  tam orta  məktəbində "Uşaq   hüquqları  aylığı" çərçivəsində  “Uşaqların hüquqlarını   qoruyaq”  başlığı  altında ədəbi-bədii  gecə  keçirdi.

    Gecəni giriş sözü ilə kitabxananın müdiri  Quliyeva Mehparə açaraq  respublikada keçirilən uşaq hüquqları  aylığı haqqında geniş  məlumat  verdi.Tədbirdə  uşaq hüquqlarının qorunması haqqında  video çarx izlənildi.

      Kitabaxanaçı Ramilə Hüseynova “Uşaq ailənin möhkəmliyi , xalqın gələcəyidir” mövzusunda, Malıbəyli tam orta  məktəbinin müəlliməsi Nacihə Kərimova isə Azərbaycanda  uşaq hüquqları necə  qorunur”mövzusunda  məruzə ilə çıxış etdilər.

       Oxuculardan   M.Nurcan , Ş.Rahilə , Ə.Filiz ,Ə.Gündüz    Azərbaycan, Vətən , Ana dili haqqında şerlər  söylədilər. Priyeva Lalə isə   “Mən azərbaycanlıyam” mahnısını  ifa  etdi.

     Tədbirin  sonunda “Uşaqların  gözü ilə” başlığı altında   təşkil  olunmuş  sərgiyə baxış  keçirildi. 

Foto Qalereya