Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
17 Oktyabr , 2018

 

     17.X.2018- il tarixində Şuşa rayon MKS-nin Malıbəyli kənd  kitabxana  filialının  işçiləri   Malıbəyli  tam orta  məktəbi ilə  birlikdə  Dövlət  Müstəqilliyi   günü  münasibəti  ilə   “Müstəqil  Azərbaycanım ”  başlığı  altında  tədbir  keçirdi.

   Tədbiri  giriş sözü ilə Malıbəyli kənd  kitabxana  filialının  müdiri  Quliyeva Mehparə açaraq  müstəqilliyimizin   yaranması  haqqında  geniş  məlumat  verdi. Sonra kitabxanaçı   Xalidə  Mirzəyev “Əsarətdə  olan  dövlətdə  insanlar  azad  ola  bilməz”  mövzusunda   çıxış etdi.

    Tədbirdə  oxuculardan   Ş.Müjgan ,T. Züleyxa,   R.  Qönçə,  C.Aytac  və başqaları   azadlıq , müstəqillik  , Azərbaycan , vətənə  həsr  olunmuş   şerlər  söylədilər.

Foto Qalereya