Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
31 Oktyabr , 2018

31.X.2018- il tarixində Şuşa rayon  Mərkəzi  kitabxanasının Oxuculara xidmət şöbəsi   "Uşaq   hüquqları  aylığı" çərçivəsində  “Uşaqların hüquqlarının    qorunması  haradan  başlanır”  başlığı  altında dəyirmi masa   keçirdi.

     Tədbiri  giriş sözü ilə Oxuculara xidmət şöbəsi   müdiri  Abdullayeva Elmira açaraq  uşaqların  hüquq  və  azadlığından , onların dövlət  tərəfindən qorunmasından ətraflı  danışdı. Oxuculara  xidmət  şöbəsinin  kitabxanaçısı Tahirə  Quliyeva “Uşaqlar  xoşbəxt  gələcəyimizdir”mövzusunda  məruzə  etdi. Tədbirdə  uşaqlar çox  fəal iştirak  etdilər .Tədbir  dialoq şəkilində keçirildi. Sonra xidmət  şöbəsində təşkil  olunmuş “Dünyanı  uşaqlara verək” başlıqlı  sərgiyə baxış  keçirildi.

Foto Qalereya