Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
25 Sentyabr , 2018

    Şuşa səhər MKS-nin Uşaq  şöbəsi   Buzovna  qəsəbəsi  E.Əliyev adına 234 saylı  tam  orta  məktəbdə "Kitab yorulmayan müəllimdir" başlığı altında mütaliə günü  keçirdi.

     Tədbiri  giriş sözü ilə açan Ə. Abdullayeva kitabxanaya  daxil olmuş  uşaq  ədəbiyyatları haqqında  qısa  məlumat  verdikdən sonra  bildirdi ki,   kitab yorulmayan müəllimdir.Ondan   ayrılmamağı oxuculara    tövsiyə  etdi.  Sonra   nagıllardan  bir neçəsinin ucadan  oxusu keçirildi. Bu da  oxucularda  böyük  maraq yaratdı.

     Sonra məktəbin ibtidai sinif  müəlliməsi A.Fərzəliyeva tədbirdən razı qalaraq  belə  tədbirlərin müntəzəm  keçirilməsini arzuladı.