Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
2 Aprel , 2018

        2 aprel 2018-ci il tarixində Ramana qəsəbəsindəki  Xankəndi  məktəbində Şuşa  rayon  Mərkəzi  kitabxanası  Beynəlxalq  Uşaq  Kitabı  günü  münasibəti  ilə “Kitab  sənin  ilk  dostundur” başlığı  altında  ucadan  oxu  keçirdi.

      Tədbiri Oxuculara  xidmət  şöbəsinin müdiri Elmira  Abdullayeva   açaraq bildirdi ki,  kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı,  dünya və insanlıq  sevgisiylə dolduracaq.  Uşaq yazarları haqqında  məlumat  verdikdən sonra  Metodika və biblioqrafiya  şöbəsinin metodisti  Şəlalə  Məmmədova  Süleyman Sani Axundovun “Qatil uşaq”   hekayəsinin  ucadan  oxusunu təşkil etdi. Sonra oxucular arasında rəy sorğusu aparıldı. Sonda uşaq kitablarının sərgisinə  baxış keçirildi.