Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
10 May , 2018

      10 may 2018-ci il tarixdə Şuşa rayon Mərkəzi kitabxanası Ramana-450 qəsəbəsində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Ənənəvi X Kitab bayramı keçirdi.

      Tədbirdə mədəniyyət işçiləri, təhsil işçiləri, məktəblilər , həmçinin rayon ictimaiyyəti iştirak edirdi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Gülsarə Abbasova açdı. O, bayram münasibəti ilə iştirakçıları təbrik etdi və tədbirin təşkil olunmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.

       Tədbirdə rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin baş  məsləhətçisi   Natiq    Mahmudov, Sumqayıt  Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi  Zahid  Abbasov ,Malıbəyli kənd tam orta  məktəbinin müəlliməsi Nəcihə Quliyeva cıxış edərək dahi rəhbər  haqqında öz ürək sözlərini bildirdilər. Kitabxananın fəal oxucuları  Ulu öndərə həsr olunmuş şerlər  söylədilər.

        Tədbir Şuşa rayon Mədəniyyət Mərkəzinin “Şuşanın dağları” ansamblının iştirakı ilə hazırlanmış bayram  konsertilə davam etdirildi.Sonda ulu öndər Heydər Əliyevə həsr olunmuş sərgiyə baxış keçirildi.   

Foto Qalereya