Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
7 May , 2018

  Şuşa   rayon  Mərkəzi  kitabxanasında  Şuşa səhərinin  işğalının 26-cı ildönümü ilə əlaqədar olaraq “Əsirlikdə qalan Şuşam” adlı tədbir keçirildi. Şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla  yad edildi.

     Tədbiri giriş sözü ilə  MKS-nin direktoru  Gülsarə Abbasova  açaraq   öz füsünkar təbiəti, saf suyu, təmiz havasi, flora və faunası ilə seçilən Şuşa şəhərinin mənfur qonşularımız olan ermənilər tərəfindən işğal olunduğu,  tarixi abidələrin məhv edilyini haqqında danışdıqdan sonra  sözü  şair - publisist, "Qızıl qələm  " mükafatı  laureatı  ,Respublikanın  Əməkdar  müəllimi Əyyub  Şırlanlıya verdi. Şair  Şuşaya  həsr  etdiyi  şerlərini oxuculara catdırdı və öz kitablarından  bir  neçəsini  kitabxanaya  hədiyyə  etdi.

    Tədbirdə  Sumqayıt   Regional  Mədəniyyət  və  Turizm  İdarəsinin  baş  məsləhətçisi  Zahid Abbasov,Uşaq  İncəsənət Məktəbinin ditektoru  Mirkamil  Ağamirov  ,Şuşa səhərinin işğalı  günü  şəhid  olmuş Əşrəf  İsmayılovun  həyat  yoldaşı  Aybəniz İsmayılova ,şəhər  sakinləri  Yaqub Əhmədov ,İlqar  Tunar cıxış  edərək   ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışdılar.

     Fəal oxucumuz Təhminə  Abdullayeva Şuşaya həsr  etdiyi şerini söylədi.Sonda Şuşaya  həsr  olunmuş sərgiyə  baxış  keçirildi.

Foto Qalereya