Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
30 Mart , 2018

30 .03.2018-ci il tarixində Şuşa rayon Mərkəzi kitabxanasında “Azərbaycanlıların soyqırım günü” ilə əlaqədar  dəyirmi  masa  keçirildi.Tədbiri giriş sözü ilə  kitabxananın direktoru Gülsarə  Abbasova  açaraq  erməni  vandalları  tərəfindən bir əsr ərzində azərbaycanlıların başına gətirilən  və hələ də davam edən müsibətlərdən danışdı.

     Sonra Sumqayıt  Regional Turizm   İdarəsinin   baş  məsləhətçisi  Zahid  Abbasov,  Şuşa rayon İcra  Hakimiyyətinin  Humanitar şöbəsinin baş  məsləhətçisi  Natiq  Mahmudov ,Oxuculara xidmət  şöbəsinin  müdiri  Elmira  Abdullayeva və başqaları çıxış  edərək keçən əsrin ikinçi onilliyində  ermənilərin azərbaycanlılara  qarşı törətdikləri soyqırım siyasətindən danışdılar.