Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
20 Fevral , 2018

Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana  Sistemində Xocalı faciəsinin 26-cı ildönümü ilə  əlaqədar tədbir  keçirildi.

Tədbiri  giriş sözü  ilə MKS-nin  direktoru Gülsarə Abbasova  açdı.Xocalı şəhidlərinin xatirəsi  bir  dəqiqəlik sükutla yad  edildikdən sonra ilk söz   şair,publisist , ictimai  xadim , Rusiya  və Azərbaycan  Yazıçılar və Jurnalistlər birliklərinin üzvü , 30-dan çox kitabın  müəllifi , üç dəfə  dövlət  mükafatı  laureatı Mirkazım  Seyidova verildi.O, Xocalı soyqrımına  həsr etdiyi  kitabı haqqında tədbir  iştirakçılarına  ətraflı  məlumat verdi .Sonra söz   alan Xocalının işğalı  zamanı  polis rəisi olmuş polkovnik, Beynəlxalq  Yazıçılar Birliyinin üzvü  Sabir  Məmmədov  işlədiyi  dövrdə Xocalı polislərinin keçdiyi çətin , qanlı və qadalı   o günlərindən  danışdı. 

     Daha sonra cıxış edən Şuşa rayon  İcra  Hakimiyyətinin birinci  müavini  Vüsalə Fətəliyeva xalqımızın başına gətirilən müsibətlərdən ürək  ağrısı  ilə  söz açdı.Tədbirdə Xocalıda həyat yoldaşını,onun qohumlarını itirmiş  şəhid ailəsi  Quliyeva Güllü , şəhid bacısı Abışova Rübabə  o günləri  göz yaşları ilə xatırladılar.

   Sonra   kitabxananın fəal oxucuları Abışova  Xatirə, Məmmədova Könül ,Həsənzadə  Gülay ,Məmmədova Aişə Xocalıya aid şerlər söylədilər.Sonda Sumqayıt Regional  Mədəniyyət  və  Turizm  idarəsinin baş məsləhətçisi  Zahid  Abbasov çıxış edərək erməni vəhşiliyindən,xalqımızın başına gətirilmiş  bu faciədən  danışaraq, günahsız tökülən qanların yerdə qalmayacağını  bildirdi.

Foto Qalereya