Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
26 Yanvar , 2018

26 yanvar 2018-ci ildə  Daşaltı və Vertalyot qəzası zamanı həlak olmuş şəhid ailələri ilə görüş keçirilmişdir.

      Tədbiri  giriş sözü  ilə Şuşa  rayon  MKS-nin  direktoru Gülsarə  Abbasova açdı. Şəhidlərin  xatirəsi bir dəqiqəlik  sükutla qeyd edildi. Sonra söz  Şuşa rayon İcra Hakimiyyətinin  müavinləri  Əkbər Hacıyev  və Vüsalə  Fətəliyevaya verildi. Daha  sonra Şuşa  müharibə  veteranları  Birliyinin  sədri  Ağalar Əliyev ,Şuşa rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov , şəhid  Zahid Ələkbərovun qardaşı Cahid Ələkbərov,  şəhid  bacısı olan müəllimə  Nazilə  Əzizova , şəhid  ailələri  Ürfanə  Məhərrəmova , Aybəniz  İsmayılova  çıxış  etdilər. Onlar həlak olmuş  əzizləri  ilə bağlı xatirələrini  tədbir  iştirakçıları  ilə bölüşdülər.

     Sumqayıt  Regional  Mədəniyyət  və Turizm  İdarəsinin  baş  məsləhətçisi  Zahid  Abbasov hadisələrin  canlı  şahidi  və  iştirakçısı kimi  çıxış  etdi. Sonda  kitabxananın fəal  oxucuları olan Könül  Ələkbərova, Gülay Həsənzadə, Aygül  İbrahimava və Təhminə  Abdullayeva   şəhidlərə  həsr olunmuş  şeirlər  söylədilər.

Foto Qalereya