Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
17 Noyabr , 2017

17.XI.17-ci il tarixində  Şuşa şəhər MKS-nin oxuculara xidmət şöbəsində Milli Dirçəliş günü münasibəti ilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə Malıbəyli kənd filialının müdiri Quliyeva Mehparə açaraq bildirdi  ki, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

   “Haqsızlığa qarşı ucalan səslər” başlığı altında qiraət zalının müdiri  Sevinc Sadıqova cıxış etdi.Sonra oxucularıdan  Muxtarlı Nihad, Hüseynova Gülay,Qasımova Fidan vətən , bayraq , azadlıq haqqında şerlər söylədilər.