Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
9 Noyabr , 2017

 

9.XI.17 –çi il tarixində Şuşa rayon MKS-nin oxuculara xidmət şöbəsi Azərbaycan Bayrağı günü münasibəti ilə “Bayraq mənliyimizdir” başlığı altında tədbir keçirildi.Tədbiri kitabxananın abonement  şöbəsinin müdiri Gülşən Hacıyeva açaraq bildirdi ki, Azərbaycanda siyasi hakimiyyətdən tutmuş sadə vətəndaşlara qədər hər kəs bayrağı milli qeyrəti və mənliyi kimi qəbul edir. Elə bu səbəbdən də, Prezident İlham Əliyevin Sərəncamı ilə inşa edilmiş Bayraq Meydanı alqışlanmalıdır. 2009-cu il il sentyabr ayının 1-də Bakıda açılışı olmuş Dövlət Bayrağı Meydanını - topların yaylım atəşlərinin müşayiəti ilə hündürlüyü 162 metr olan sütun üzərində üçrəngli bayrağımızın dalğalanmasını bütün dünya seyr etdi. Bununla da, dünya Azərbaycan xalqının üçrəngli bayrağına olan sevgisini və hörmətini gördü.Bir kərə yüksələn bayraq başlığı altında xidmət şöbəsinin müdiri Abdullayeva Elmira çıxış etdi.Sonra söz oxuculara verildi.Onlar bayraq, vətən haqqında şerlər söylədilər.