Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
12 Dekabr , 2017

12 dekabr 2017-ci il tarixində Şuşa rayon MKS-nin oxuculara xidmət şöbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım günü keçirildi.Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Gülsarə Abbasova  görkəmli  siyasi xadim Heydər Əliyevin həyatı ,fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında  göstərdiyi  xidmətlərdən danışdı.            

    Sonra kitabxanaçı Gülşən Hacıyeva ,oxuculara xidmət şöbəsinin müdiri Elmira Abdullayeva ,fəal oxucularımız müəllimə Şahnaz Məmmədova və Adikə Allahverdiyeva çıxışında xalqımızın  ümummilli  lideri Heydər Əliyevin Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni  irsinin beynəlxalq aləmdə tanıdılmasında, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının  qəbul  olunmasında, Azərbaycan elminin inkişafında göstərdiyi  əvəzsiz xidmətlərindən  bəhs  etdilər. Sonda “Ulu öndər” adlı sərgiyə baxış keçirildi.