Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
17 Oktyabr , 2017

17 oktyabr  2017-ci il  tarixində Şuşa  şəhər  MKS-nin oxuculara xidmət  şöbəsində  Azərbaycan Dövlət  Müstəqilliyi  Günü  münasibəti  ilə “Müstəqilliyimiz  əbədidir”  başlığı  altında tədbir  keçirildi.

    Tədbiri  MKS-nin Oxuculara  xidmət  şöbəsinin müdiri Elmira  Abdullayeva açaraq bildirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Tarixi gedişat sübut edir ki, bu həqiqətən belədir. XX əsr ərzində Azərbaycan iki dəfə müstəqillik imkanı qazandı. 1918-ci il 28 may tarixi ilə qurulan Azərbaycan Xalq Cumhüriyyəti cəmi 23 ay yaşaya bildi. Yalnız bundan 70 il sonra Azərbaycan yeni bir müstəqillik imkanı qazandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulu ilə Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi.

  Sonra kitabxanaçı  Sevinc Sadıqova “ Azərbaycanın dövlət müstəqilliyi  xalqımızın tarixi  nailiyyətidir"  mövzusunda  məruzə  etdi.Tədbirin  ikinci  hissəsində  oxucularımız müstəqillik ,bayraq, vətən  haqqında şeirlər söylədilər.Tədbirin sonunda  "Dövlət  Müstəqilliyi  Günü" başlığı  altında təşkil olunmuş  sərgiyə  baxış  keçirildi.