Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
5 Oktyabr , 2017

5 oktyabr 2017-ci il  tarixində  Şuşa  şəhər  MKS-nin oxuculara xidmət  şöbəsi  Şuşa  5  saylı  tam  orta  məktəbində  Beynəlxalq  Müəllimlər  Günü  münasibəti ilə  keçirilən  tədbirdə  iştirak  etdi.   Tədbiri  məktəbin  Təlim  və  tərbiyə işləri  üzrə  direktor  müavini Nəsibova Naibə açdı .Sonra  çıxış  üçün söz  Şuşa şəhər  MKS-nin  xidmət  şöbəsinin müdiri  Elmira Abdullayevaya   verildi.O,   bildirdi ki,  müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.
Beynəlxalq müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli  lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.

   Sonra   söz  şagirdlərə  verildi.Onlar  müəllim və məktəb  haqqında  seirlər söylədilər.