Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
18 Sentyabr , 2017

18 sentyabr 17-ci il tarixində Şuşa  şəhər  MKS-nin oxuculara xidmət şöbəsində Ramana  musiqi  məktəbində  Milli  Musiqi  günü münasibəti ilə tədbir keçirdi. Tədbiri giriş sözü ilə oxuculara xidmət şöbəsinin müdiri E .Abdullayeva açdı. O bildirdi ki, sentyabr ayının 18-i Azərbaycan xalqının dahi oğlu musiqi  mədəniyyətimizin korifeyi Üzeyr bəy Hacıbəylinin doğum  ğünüdür.

   XX əsrin 70-80-ci illərdə maestro Niyazinin təşəbbüsü ilə  həmişə bu günü dahi bəstəkarın  anadan  olduğu  gün kimi respublikamızda xüsusi təntənə ilə qeyd edildi.XX əsrin 90-cı  illərində qarışıqlıq və hərcmərclik  vaxtında  bu ənənə  unuduldu.

    Unudulmaz   Niyazinin təşəbbüsü   1995-ci ildə  ulu öndər  Heydər  Əliyevin dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladı.18 sentyabr Milli Musiqi  Günü  kimi  qeyd  olunması  haqqında  fərmanı  ilə  rəsmi status aldı.

   Sonra söz musiqiyə  verildi.Musiqi  məktəbinin şagirdlərinin ifasında  Üzeyr  Hacıbəylinin musiqiləri  dinlənildi.

  Tədbirin  sonunda Milli Musiqi  Günü  başlığı  altında  təşkil  olunmuş  sərgiyə  baxış oldu.