Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
15 Sentyabr , 2017

15  sentyabr  2017-ci il tarixində  Şuşa  şəhər MKS-nin işçiləri  15  sentyabr  Bilik  Günü  münasibəti  ilə  Şuşa  rayonunun  Malıbəyli  kənd  məktəbində  oldu . Bilik  günündə oxucular və məktəblilər qarşısında  çıxış  edən  MKS-nin xidmət  şöbəsinin işçiləri kitabın  insan  həyatında  rolundan   danışdı. Kitabxanaçı  şagirdlərə  səlis danışmaq ,çoxlu  söz  ehtiyatına  sahib olmaq üçün  kitabxanalardan  çox  istifadə  etməyin  vacibliyindən  danışdı.

   Sonra  oxucular  tərəfindən  elm, bilik, məktəb  və  müəllimə  həsr  olunmuş  şeir  parçaları  dinlənildi.