Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
1 Avqust , 2017

01 avqust 2017-ci il tarixində Şuşa  şəhər  MKS-nin oxuculara xidmət şöbəsində Azərbaycan Əlifbası  və Azərbaycan  Dili  münasibəti  ilə  Dilimizin  saflığını  qoruyaq  başlığı  altında söhbət  keçirildi. Söhbəti  giriş  sözü  ilə  MKS-nin direktoru açaraq bildirdi  ki,müstəqillik  illərində ulu  öndər  Heydər  Əliyev  tərəfindən milli  dilimizin  qorunması  istiqamətində  tarixi  əhəmiyyət  kəsb  edən qərar  qəbul  edildi.

   Ümummilli  lider Heydər  Əliyevin  2001-ci  il  iyunun  18-də  Dövlət  dilinin tətbiqi  işinin  təkmilləşdirilməsi  haqqında  fərmanı  imzalanmışdır.Bu  ənənələri davam etdirən Azərbaycan  Pespublikasının  prezidenti  cənab  İlham  Əliyev  milli dilimizin  mühafizəsi və  inkişafı  yolunda  bir  necə  fərman  və  sərəncam  imzalamışdır.  Azərbaycan dilində  latın qrafikası ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında  Azərbaycan Respublikasının  prezidenti cənab  İlham  Əliyevin 12  yanvar  2004-cü il  tarixli  sərəncamı  bu istiqamətdə  xüsusi  əhəmiyyət  kəsb  edir.

   Sonra  MKS-nin xidmət şöbəsinin   kitabxanaçısı  Tahirə  Quliyeva Azərbaycan  dilinin ilk  dəfə  rəsmi  statusu  haqqında danışdı. Oxucu  Nihad  Muxtarlı  Tofiq  Bayramın “Ana  dili ”  şerini  söylədi.

      Tədbirin  sonunda Azərbaycan Əlifbası  və Azərbaycan  Dili   Gününə  həsr olunmuş  sərgiyə  baxış  keçirildi.