Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
İslam Həmrəyliyi Oyunları 2017
3 Mart , 2017
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq idman oyunları. 2017 İslam Həmrəyliyi Oyunlarının 12-22 may tarixləri arasında baş tutması nəzərdə tutulub. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
2014-cü ildə 24 iyul tarixində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası baş tutdu. Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakı şəhərinin təqdimatı ilə çıxış etdi. Assambleya çərçivəsində "Bakı 2017" namizədlik kitabının təqdimatı olub. Daha sonra assambleyda səs vermə baş tutdu və tam yekdilliklə Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi etmək hüququ qazandı.
2015-ci ildə 7 aprel tarixində IV İslam Həmrəyliyi Oyunları barəsində müqavilə imzalandı. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud imzaladığı müqaviləyə əsasən IV-cü İslam Həmrəyliyi Oyunlarının proqramına 20 idman növü, o cümlədən Azərbaycanın milli idman növü olan zorxana əlavə olundu.
2015-ci ildə 2 noyabr tarixində Azərbaycanın Bakı şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının iclası baş tutdu. Nihat Ustanın sədrliyi ilə keçirilən Əlaqələndirmə Komissiyasının iclasında Azərbaycan adından Azad Rəhimov, Çingiz Hüseynzadə Könül Nurullayeva və digər nümayəndələr qatıldı.
2016-cı ildə 13 may tarixində Bakı 2017 İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitəsiləri üçün Açıq Gün baş tutdu. IV-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitəsinin üzvlərini qəbul etdi.
IV İslam Həmrəyliyi Oyunlarına İslam Həmrəyliyi İdman Federasiyasına üzv olan 57 dövlətin qatılması nəzərdə tutulur.

Ölkələrin siyahısı
Albania.svg-ın bayrağı albaniya
Azerbaijan.svg-ın bayrağı Azərbaycan
Bangladesh.svg-ın bayrağı Banqladeş
Benin.svg-ın bayrağı Benin
Bahrain.svg-ın bayrağı Bəhreyn
Birləşmiş Ərəb Emirates.svg-ın bayrağı Birləşmiş Ərəb Əmirlikləri
Brunei.svg-ın bayrağı bruney
Burkina Faso.svg-ın bayrağı Burkina Faso
Djibouti.svg-ın bayrağı Cibuti
Chad.svg-ın bayrağı Çad
Afghanistan.svg-ın bayrağı Əfqanıstan
Algeria.svg-ın bayrağı Əlcəzair
Cameroon.png-ın bayrağı Kamerun
Comoros.svg-ın bayrağı Komor adaları
Egypt.svg-ın bayrağı Misir
Uzbekistan.svg-ın bayrağı Özbəkistan
Gabon.svg-ın bayrağı Qabon
Somalia.svg-ın bayrağı Somali
Togo.svg-ın bayrağı Toqo
Tunisia.svg-ın bayrağı Tunis
Turkey.svg-ın bayrağı Türkiyə
Turkmenistan.svg-ın bayrağı Türkmənistan
Uganda.svg-ın bayrağı Uqanda
Yemen.svg-ın bayrağı Yəmən

IHIF

İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) İslam Həmrəyliyi Oyunlarının idarə və nəzarət edilməsinə görə cavabdeh olan təşkilatdır.

İHİF İslam Əməkdaşlıq Təşkilatının bölməsidir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT, əvvəllər İslam Konfransı Təşkilatı) 4 qitədən 57 dövlətin üzv olduğu, BMT-dən sonra ən böyük dövlətlərarası təşkilatdır.

İƏT dünyanın müxtəlif xalqları arasında sülh və əmin-amanlığın təbliğatı ruhunda İslamın maraqlarını qoruyan dünya müsəlmanlarının ortaq səsidir.

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) rəsmi veb-saytı: www.issf.sa