Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
17 Noyabr , 2016
17 noyabr 2016-cı il tarixində Şuşa şəhər MKS-nin Oxuculara xidmət şöbəsində Milli dirçəliş gün münasibəti ilə dəyirmi masa keçirildi.Söhbəti giriş sözü ilə Xidmət şöbəsinin müdiri Elmira Abdullayeva açaraq bildirdi ki, 17 noyabr dövlətimiz və xalqımız tərəfindən "Milli Dirçəliş Günü" kimi bayram edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. Dəyirmi masa iştirakçıları həmin günlərdə "Meydan hərəkatı" adını almış bu hərəkatla bağlı öz fikirlərini bildirdilər və bu günün xalqımızın taleyində çox böyük əhəmiyyəti olduğunu vurğuladılar.