Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Haqqımızda
4 Yanvar , 2016

     Oxuculara xidmət şöbəsi  əhaliyə oxu zalı  və abonement vasitəsi ilə xidmət göstərir,oxucuların sorğularını ödəməyə çalışır. Şöbənin  əsəs məqsədi oxucu kütləsini kitabxanaya cəlb etmək,  fondda olan  kitab və kitabçalar , dövri mətbuat, kataloq  və kartoteka  sistemi  vasitəsi  ilə oxucu  sorğularının ödənilməsi işini həyata keçirirmək,onların müxtəlif mövzularda keçirilən tədbirlərdə fəal iştirakını təşkil etməkdir.  Oxu zalında oxucuların pulsuz istifadə edə biləcəyi WI-FI internet zonası yaradılmışdır. Şöbənin fondunda 22700 nüsxə kitab vardır. Şöbənin fonduna il ərzində 620 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. İşlərimizi  Azərbaycan  Respublikası  Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının uyğun  qurmağa çalışırıq.