Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
1 İyun , 2016

1.VI.2016-cı il tarixində  Şuşa şəhər  Mərkəzi kitabxanasının Oxuculara  xidmət  şöbəsidə  Beynəlxalq Uşaqları müdafiə günü  münasibəti ilə “Uşaqlar gələcəyimizdir”  başlığı altında söhbət təşkil edildi.Söhbəti  Qitaət zalının müdiri Sevinc Sadıqova açaraq bildirdi ki ,zəmanəsinin böyük ədəbi dühası Viktor Hüqo yazırdı ki, yer üzündə uşaq qığıltısı qədər təntənəli himn yoxdur. İstənilən cəmiyyətdə körpə və uşaqlar ailə üçün sevinc və xoşbəxtlik simvolu sayılmışlar. Cəmiyyətin sağlam özəyi, gələcəyi, köməyə ehtiyac duyan kövrək zümrəsi olan uşaqlar insan həyatının mənası, ailənin sevinci, ən böyük zinəti, dəyərli sərvətidir. Bu gün isti ocaqda yetişən, boya-başa çatan körpələr sabah cəmiyyətin simasını müəyyən edəcək, dövlətin gələcəyinə görə məsuliyyət daşıyacaqlar. Nuranə Muxtarova “Sağlam gələcəyə qoyulan sərmayə” başlığı altında məruzə etdi.Sonda uşaqlar “Uşaq aləmi” başlığı altında sərgiyə baxdılar.