Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
27 May , 2016

 Şuşa rayon Mərkəzi kitabxanasının Oxuculara  xidmət  şöbəsi  Respublika günü münasibəti ilə  “Azərbaycan tarixinin parlaq səhifəsi” başlığı altında  dəyirmi  masa keçirdi. Söhbəti  giriş  sözü ilə  qiraət  zalının  müdiri Sevinc Sadıqova açaraq bildirdi  ki,Yaxın  Şərqdə  ilk demokratik respublika  olan  AXC  ölkəmizin  çoxəsirlik  sosial-iqtisadi, ictimai-siyasi və  mədəni  inkişafının, xalqımızın  milli  oyanışı və dirçəlişi  proseslərinin  məntiqi  nəticəsi  kimi meydana çıxmışdır. “Azərbaycan tarixinin parlaq səhifəsi” mövzusunda  oxucularla birgə  kitabxanaçılar  da  fikir mübadiləsi etdilər.