Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
10 May , 2016

  Şuşa rayon Mərkəzi kitabxanasının Oxuculara  xidmət  şöbəsi  Ulu öndər Heydər  Əliyevin   anadan olmasının 93-cü illiyi münasibəti ilə “Xalqa həsr olunmuş ömür ” başlığı altında ədəbi-bədii  gecə keçirdi. Tədbiri giriş şözü ilə Oxuculara  xidmət  şöbəsinin müdiri E.Abdullayeva açaraq bildirdi ki, XX əsr dünya tarixinin ən parlaq simalarından olan,xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində  gerçəkliyə cevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan ümummilli lider  Heydər  Əliyev müstəqil  Azərbaycanın banisi,cağdaş dövlətçiliyimizin memarı  və ölkəmizin dayanıqlı inkişaf strategiyasının müəllifi kimi hər zaman dərin hörmət və böyük ehtiramla anılır. Tahirə Quliyeva “Xilaskar”, Esmira Aslanova “Xalqı üçün yaşayan insan ”mövzusunda məruzə erdilər.Sonra söz oxuculara verildi.Həsənova Aydan,Baxşəliyeva Nərmin,Nəsirov Harun ulu öndərə həsr olunmuş seir parçaları söylədilər.Tədbirin sonunda ulu öndərin keçdiyi həyat yollarını əks etdirən kitablardan təşkil olunmuş sərgiyə baxış keçirildi.