Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
8 May , 2016

 Şuşa rayon Mərkəzi kitabxanasının Oxuculara  xidmət  şöbəsi  Şuşanın işğal gününü anım məqsədi ilə Şuşa əhalisi ilə görüş keçirdi.Tədbiri  giriş şözü ilə açan kitabxananın direktoru G.Abbasova bildirdi ki,  Azərbaycanın dilbər guşəsi, musiqi və mədəniyyət ocağı olan Şuşa şəhəri dünyanın bəzi aparıcı dövlətinin məzlum xalq kimi tanıdıqları əslində nəinki xalqımıza bütün insanlığa qarşı terror siyasəti həyata keçirən məkirli ermənilər tərəfindən keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə  işğal etmişlər. Sonra Şuşa rayon İcra başçısı B.Səfərov ,hümanitar işlər üzrə müavini V.Fətəliyeva çıxış etdilər.Çıxışçılar tezliklə Şuşaya qayıdacağımıza inandıqlarını əminlikliklə bildirdilər.Daha sonra söz oxuculara verildi. Onlar Şuşaya həsr edilmiş şeir söylədilər.