Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
4 Aprel , 2016

Şuşa şəhər  Mərkəzi kitabxanasının Beynəlxalq Uşaq kitabları günü münasibəti ilə şəhər 5 saylı tam orta məktəbində “Hər evin yaxşı kitabdır bəzəyi” başlığı altında söhbət apardı. Tədbiri Oxuculara xidmət şöbəsinin müdiri E.Abdullayeva açaraq, həyatda kitabın əhəmiyyətindən ,nitq mədəniyyətinin inkişafında kitabın rolundan danışdı.Sonra sinif müəlliməsi  Ələkbərova Solmaz sinifdən xaric  oxunun rolundan və onun sürətli qiraətə təsirindən danışdı.Oxuculardan Məmmədov Şəmsur, Məmmədov Elçin,Əliyeva Aynur kitab haqqında şeirlər söylədilər.