Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
7 Mart , 2016

7.III.2016-cı il tarixində  Şuşa rayon Mərkəzi kitabxanasının Oxuculara  xidmət  şöbəsi  Ramana-450 qəsəbəsindəki  Musiqi məktəbi  ilə  8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə birgə ədəbi-bədii  gecə keçirdi. Gecəni  giriş sözü ilə kitabxananın direktoru G.Abbasova açaraq  anaların müqəddəsliyindən danışdı.Sonra musiqi məktəbinin müdiri Gülşən  Ələkbərova “Analar kövrək olur” başlığı altında söhbət etdi. Daha sonra şagirdlər musiqi və şer parçaları söylədilər.