Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Tədbirlər
25 Fevral , 2016

25.II.2016-cı il tarixində  Şuşa rayon Mərkəzi kitabxanasının Oxuculara  xidmət  şöbəsidə Xocalı faciəsinin 24-cü ildönümü  münasibəti ilə “Xocalıya gedən yol” başlığı altında ədəbi-bədii gecə keçirildi . Gecəni kitabxananın direktoru G.Abbasova açaraq Xocalının işğal tarixi haqqında  danışdı.Sonra hadisələrin canlı şahidi  Milli Məclisin deputatı Elman Məmmədov öz gözləri ilə gördüklərindən danışdı.Tədbirdə iştirak edən Şuşa rayon İcra Hakimiyyətinin  başçısı Bayram Səfərov əsrin dəhşətlərindən danışdıqdan sonra tədbir iştirakçılarına tezliklə işğal olunmuş torpaqlarımızda görüşmək arzusu ilə şözünü tamamladı.Daha sonra oxucuların ifasında hazırlanmış kompozisiya və şer parçaları  dinlənildi.Sonda tədbir iştirakçıları “Xocalıya gedən yol” başlığı altında təşkil olunmuş sərgiyə baxdılar.