Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Şəhidlərimiz
17 Fevral , 2015

                                         HÜSEYNOV SADIQ DAYANDUR oğlu

29-iyul 1961-cu ildə  Ağcabədi  rayonunda  doğulmuşdur. 1968-78-ci illərdə burada  orta  məktəbdə  oxumuşdur. 1980-cı ildə ordu  sıralarına çağırılmışdır. 1989-cu  ildə DİN-nin  sərəncamı  ilə  Şuşa  şəhərində  sahə  müvəkkili olaraq işə başlayır. Ermənilərin  azğınlaşmış  silahlı  dəstələri  Azərbaycan  torpaqlarını  işğal  etdikləri  vaxtlarda  digər polis  əməkdaşları  kimi o da,  döyüşlərə  girirdi. 29 mart 1992-ci il o döyüşlərdən  birində  ağır  yaralanır  buna  baxmayaraq  silahı yerə  qoymurdu. 13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri  Şuşanı ağır  raket   atəşinə  tutmuşdular  Sadıq   döyüş  yoldaşlarını  xilas  edərkən qəhrəmancasına  həlak  oldu.
Ailəli idi, bir övladı yadigar qalıb.
 Azərbaycan  Respublikası  prezidentinin  8  oktyabr  1992-ci il tarixli 264  saylı fərmanı  ilə  Hüseynov  Sadıq  Dayandur  oğluna  ölümündən  sonra “Azərbaycanın  Milli  Qəhrəmanı”  adına   layiq  görülmüşdür.     Ağcabədi  rayonunun  Xocavənd  kəndində  dəfn  edilmişdir.
Xocavənd  kənd  orta  məktəbinə  onun  adı  verilmişdir.