Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Şəhidlərimiz
29 Yanvar , 2015

    Şuşanın   işğalına   gedən   yol  Meşəlidən , Kərkicahandan,  Malıbəylidən, Quşçulardan, Xocalıdan ... keçdi.  Bütün  bunlara  baxmayaraq , Şuşanın  işğalına  heç  kəs inanmırdı, ağlına  belə  gətirmirdi. Ancaq  bu hadisə baş verdi və Şuşa 1992-il mayın 8-də  erməni və rus işğalçıları  tərəfindən işğal edildi. Şuşanın işğal   günü bütün Azərbaycan  xalqının  mənəviyyatına  vurulmuş  ağır  bir  zərbə, bizim  hamımız  üçün ağır  bir dərddir.

   Şuşanın  işğalı  zamanı 200  nəfər  şəhid olmuş ,150  nəfər  əlil  olmuş, 552   körpə yetim  qalmış, 22 minə  yaxın  insan  qaçqın düşmüşdür.