Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Rayon haqqında
27 Aprel , 2015

1988-ci ilin fevral ayında Xankəndində DQMV-nin Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşməsi tələbi ilə mitinq və tətillər başlandı. Yerevanda da, eyni tələblərlə çıxışlar oldu. Həmin il, sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxararaq, onları Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər.

Üçüncü Respublika dövrü  Qarabağ müharibəsi və Şuşanın işğalı

8 may 1992-ci ildə Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[8] Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.[9] Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdır.

Səthi dağlıqdır.Ən yüksək zirvəsi Böyük Kirs dağındadır (2725m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir.[10] Orta temperatura yanvarda -4°C-dən -1°C-yədək, iyulda 16-19°C-dir. İllik yağıntı 700-800mm-dir.

Ərazisindən Qarqar çayı axır.Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və digər heyvan növləri aidirlər.

Tarixçi Baharlı şəhərin məhəllələri haqqında "Əhvalati-Qarabağ" adlı əsərində bilgi verir. Müəllif yazır: "Belə ki, əvvəlinci məhəllə yuxarı və məhəllədən Xanlıq aradır. Bu məhəllənin əsl adına Mir deyilirdi. O cəhətə görə Xanlıq ara deyilir ki, İbrahim хanın imarətinin yanıdır.

İkinci məhəllə Saatlı məhəlləsidir.

Üçüncü məhəllə Köçərli məhəlləsidir.

Dördüncü məhəllə Mamayı məhəlləsidir.

Beşinci məhəllə Xoca Mərcanlı məhəlləsidir.

Altıncı məhəllə Dəmirçi məhəlləsidir.

Yeddinci məhəllə Hamam qabağıdır.

Səkkizinci məhəllə Təzə məhəllədir.

 

Və aşağı məhəllələrin adları bunlardır:

Birinci məhəllə Qurdlar.

İkinci məhəllə Seyidli.

Üçüncü məhəllə Culfalar.

Dördüncü məhəllə Toyluq. (Quyuluq)

Beşinci məhəllə Çuxur.

Altıncı məhəllə Dördlər qurdu.

Yeddinci məhəllə Hacı Yusifli.

Səkkizinci məhəllə Dörd çinar.

Doqquzuncu məhəllə Çöl-qala. Və bu məhəllənin bir adı da "Cuhudlar"dır. Tarixçi Mirzə Yusif Qarabaği də şəhərin məhəllələrini sadalamışdır: "Mehrili, Qazançılı, Əylisli, Çiləbörd Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhlə, Hacı Yusifli, Merdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası".

Şair və pedaqoq Mirzə Xosrov Şaiq Axundov Şuşa şəhərinin məhəllələrindən bəhs etmişdir. O yazır: "Qarabağ xanı qələnin ətrafına möhkəm hasar çəkdirib, bürclər tikdirmişdi. Şəhərin iki darvazası olmuşdur: biri Gəncə qapısı, ikincisi isə İrəvan qapısı adlanmışdır. Bununla da Qarabağ kəndlərindən xalq şəhərə yığışmağa başladı. Bu qayda üzrə Şuşada 17 məhəllə təşkil olundu: Böyük qurtlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamam qabağı, Dəmirçilər, Quyuluq, Xoca Əmircanlı, Mamayı, Saatlı, Köçərili, Mərdinli, Çöl qala, Hacı Yusifli, Çuxur məhlə, Balaca qurtlar, Ağa dədəli. Bu məhəllələrin adı ilə hazırda Qarabağda bir çox kənd vardır.

Şuşa şəhərinin məhəllələri haqqında yazılara çağdaş ədəbi örnəklərdə də rast gəlinir. Lətif Qarabağlı doğma şəhərindən danışarkən məhəllələrdən də bəhs etmişdir. O, yazır: "Şuşanın gözəlliyi, ab-havasının bəzi xəstəliklərə müalicə əhəmiyyəti, onun məşhur ticarət mərkəzinə çevrilməsi bura köçüb gələn ailələrin sayını artırırdı. Şəhərə sonradan gələnlər qala divarının yaxınlığında məskən salaraq məhəllələrinin adını Çölqala və s. adlandırmışdılar. Beləliklə Şuşada yaranan 17 məhəllənin doqquzu - Urudlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çölqala aşağı məhəllə, qalan səkkiz məhəllə - Köçərli, Mamayı, Merdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə və Xocamircanlı isə yuxarı məhəllələr sayılırdı".

Azərbaycanın digər bölgələri kimi, şəhərdə ən geniş yayılmış din islam idi. Qarabağ müharibəsindən əvvəl şəhərdə Aşağı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi, Seyidli məscidi, Mərdinli məscidi, Quyuluq məscidi və Saatlı məscidi fəaliyyət göstərmişdir.