Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS

Yeni kitablar
Eleanor Porter.Polyanna
14 Noyabr , 2016
Amerikalı uşaq yazıçısı Eleanor Porter  1892-ci ildən özünü ədəbiyyat sahəsində sınamağa başlayır və qısa hekayələr dərc etdirir. O, uğur qazanır. Nəhayət, 1913-cü ildə yazıçının dünyada şöhrət qazanmasına səbəb olan “Polyanna” əsəri işıq üzü görür. Bu bütün qızların sevimli qəhrəmanına çevriləcək on bir yaşlı yetim qızcığazın hekayəti idi. Roman çap olunduqdan sonra bu qəhrəmanı ən nikbin ədəbi personaj adlandırdılar. Hətta psixologiyada  “Polyanna sindromu” deyilən anlayış meydana gəldi.